Medianews.az
Bu ay Azərbaycanda neçə zəlzələ olub? – <span style=color:red>RƏSMİ STATİSTİKA
250 baxış

Bu ay Azərbaycanda neçə zəlzələ olub? – RƏSMİ STATİSTİKA

Bu ay Azərbaycanda neçə zəlzələ olub? Zəlzələlər hansı ərazilərdə və neçə bal gücündə qeydə alınıb? Medianews.az saytı Azərbaycanda zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan yeganə təşkilatın - AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmən açıqladığı statistikaya əsasən qeyd edir ki, mart ayının geridə qoyduğumuz dörd həftəsində Azərbaycanda səkkiz dəfə zəlzələ qeydə alınıb. Bu zəlzələlərin heç biri 4 balı keçməyib.   Zəlzələlərdən ikisi Xəzər dənizində, digərləri İsmayıllı, Lerik, Lənkəran, Samux, İmişli rayonlarında, Ağsu və Kürdəmir rayonlarının sərhədində baş verib. Rayonlarda qeydə alınmış altı zəlzələdən yalnız ikisi yaşayış məntəqələrində hiss olunub. Ayın ilk zəlzələləri martın 4-də və 7-də Xəzər dənizində baş verib. Martın 4-dəki zəlzələ 14 kilometr dərinlikdə 3,1 gücündə, martın 7-dəki zəlzələ 45 kilometr dərinlikdə 4 bal gücündə olub. Martın 9-da İsmayıllı rayonunda, daha dəqiqi, Babadağda (Pirqulu stansiyasından 13 kilometr şimal-qərbdə) 3,7 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb. Martın 9-da Lerik rayonunda (Yardımlı stansiyasından 11 kilometr cənub-şərqdə) zəlzələ baş verib. Zəlzələ episentrdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub.  Martın 17-də Lənkəran rayonunda (Lənkəran stansiyasından 19 kilometr şimalda) 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb. Martın 21-də Ağsu-Kürdəmir sərhədində (Kürdəmir stansiyasından 17 kilometr şərqdə) 3,5 bal gücündə zəlzələ baş verib. Zəlzələ hiss olunmayıb. Martın 26-da Mingəçevir stansiyasından 46 kilometr şimal-qərbdə, Samux rayonunda (Mingəçevir su anbarı) 3,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. Martın 28-də İmişli rayonunda (Saatlı stansiyasından 11 kilometr şimalda) zəlzələ baş verib. Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb. Medianews.az

Bizə qoşulun