Medianews.az
İmamoğlu həbsxanada and içdi: <span style=color:red>"Burunlarından gətirəcəm"
1,322 baxış

İmamoğlu həbsxanada and içdi: "Burunlarından gətirəcəm"

Hazırda həbsdə olan türkiyəli siyasətçi Əkrəm İmamoğlu saxlandığı Silivri həbsxanasından yazılı xəbərdarlıq göndərib. Medianews.az bildirir ki, İmamoğlunun xəbərdarlıq məktubu martın 26-da Türkiyənin "Sözçü" qəzetinin internet səhifəsində yerləşdirilib. İmamoglunun məktubunda deyilir: "Buradan bir xəbərdarlıq vermək istəyirəm. Dünən axşam hamımızın vergiləri hesabına fəaliyyət göstərən TRT-ni və iqtidara yalmanan digər kanalları həyatımda ilk dəfə olaraq bu qədər uzun müddətə izləmək imkanım oldu. Başdan-ayağa rəzalət, yalan, iftira... Yekə-yekə adamlar heç utanıb qızarmırlarmı? Bunları bütün o yalançıların, yaltaqların, Ramazan ayında bəndənin haqqını yeyənlərin burnundan fitil-fitil gətirəcəm. Nə qədər ki, ömrüm var hüquqlarım uğrunda mübarizə aparacam. And içirəm!" Əkrəm İmamoğlu matrın 19-da saxlanılıb. Martın 23-də məhkəmə onun barəsində prokurorluğun irəli sürdüyü ittihamlardan biri (korrupsiya ittihamı) üzrə həbs qətimkan tədbiri seçib. Həmin gün İmamoğlu 2019-cü ildən tutduğu vəzifədən - İstanbul böyük şəhər bələdiyyəsinin sədri postundan uzaqlaşdırılıb. Həbs qətimkan tədbiri seçildiyi gündən Əkrəm İmamoğlu Silivri həbsxanasında saxlanılır.

Bizə qoşulun