21.03.2025, 13:46
203 baxış
Nailə
Ukrayna razılaşmaları pozur: Rus İDDİASI
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Ukrayna enerji infrastrukturuna zərbələr endirilməsi ilə bağlı razılaşmaları artıq pozub.
Publika.az xəbər verir ki, o, "Lenta.ru"ya Kiyevin öhdəlikləri yerinə yetirmədiyini deyib.
Deputatın sözlərinə görə, atəşkəs məsələsi o zaman aktualdır ki, sülh müqaviləsi hazırlansın.
“Biz addım atdığımızı bildirdik. Putin və Tramp arasında söhbətləri görürük. Bu razılaşmalar artıq Ukrayna tərəfindən pozulub və enerji infrastrukturuna hücumlar edilib”, - deyə parlamentari bildirib.