Şirkətin rəhbəri Dr. Clemens Fischer BILD qəzetinə açıqlamasında bildirib:
“Bizim dərmanımızın digər preparatlardan fərqi ondadır ki, o, həm də daha yaxşı yuxuya kömək edir və xroniki ağrı xəstələrinin çoxunun əziyyət çəkdiyi depressiyanı azaldır. Üstəlik, opioidlər kimi asılılıq yaratmır.”
Fischerin sözlərinə görə, yeni dərman ciddi yan təsirlərə malik deyil. Yalnız ilk istifadədə baş gicəllənməsi və yüngül halsızlıq yarada bilər, lakin rahatlıq və sakitlik hissi versə də, eyforiya və ya sərxoşluq effekti yaratmır.
Sarvan Səmədoğlu,
Almaniya
18.03.2025, 07:45
182 baxış
Azad
Yeni ağrıkəsici - kannabis bitkisindən hazırlanıb
Ağrını hər kəs tanıyır. Onlar gəlir və gedir. Amma qalıcı olduqda dözülməz ola bilər. Təkcə Almaniyada təxminən 12 milyon insan xroniki ağrılardan əziyyət çəkir.
Bu yay onlar üçün yeni bir dərman bazara çıxacaq. Bu preparat kannabis bitkisi əsaslıdır və küncüt yağı tərkibli damcılar şəklində qəbul ediləcək. Onun aktiv maddəsi VER-01 adlanır.
Bu dərman səkkiz illik araşdırmadan sonra bazara təqdim edilib və Münhendə yerləşən biotexnologiya şirkəti Vertanical tərəfindən ictimaiyyətə təqdim olunub. Hazırda rəsmi təsdiq mərhələsindədir.
İki faza - 3 klinik sınağında, preparatın xroniki bel ağrısı olan xəstələrdə ağrını əhəmiyyətli dərəcədə azaltdığı müşahidə edilib.
Yeni dərman “Exilby” adı ilə yalnız reseptlə satılacaq və sığorta şirkətləri tərəfindən ödəniləcək. Tədqiqatlara əsasən, bu preparat opioidlər qədər güclü təsir göstərir (yəni ibuprofen və parasetamoldan xeyli güclüdür), lakin opioidlərin yaratdığı ciddi yan təsirləri daşımır.
Vertanical şirkəti kannabis əsaslı məhsullara ixtisaslaşıb və kannabis ekstraktları, həmçinin THC testləri satır.