Medianews.az
Balıqçı qayığının toruna qadın <span style=color:red> meyiti düşüb
189 baxış

Balıqçı qayığının toruna qadın meyiti düşüb

ABŞ-də balıqçı gəmisinin torlarına qadın meyiti ilişib. Medianews.az xəbər verir ki, hadisə Massaçusets ştatının sahillərində baş verib. Limana qayıtdıqdan sonra balıqçılar cəsədi polisə təhvil veriblər. Məhkəmə-tibbi ekspertiza qadının təxminən 60 yaşında olduğunu və onun bir çox bədxassəli şişləri olduğu aşkar ediblər. Meyitin balzamlanmış olduğu müəyyən edilib. Səlahiyyətlilər qadının böyük ehtimalla dənizdə basdırıldığı düşünürlər. Mütəxəssislər onun şəxsiyyətinin müəyyən ediləcəyinə inanmırlar. Medianews.az

Bizə qoşulun