11.03.2025, 07:19
191 baxış
Lamiyə
Kişinin başını kəsib onunla futbol OYNADI
ABŞ-də 28 yaşlı kişi 51 yaşlı kişinin başını bıçaqla kəsərək onunla futbol oynayıb.
Medianews.az xəbər verir ki, dəhşətli qətl hadisəsi Las-Kruses şəhərində baş verib.
2021-ci ilin iyun ayında evləri olmayan 28 yaşlı Joel Arciniega-Saenz və həyat yoldaşı parkda yaşayıblar. Orada başqa bir evsiz, 51 yaşlı Ceyms Qarsiya ilə tanış olublar. Arciniega-Saenzin dediyinə görə, 20 iyun 2021-ci ildə o, yuxudan oyanıb və öz, həmçinin həyat yoldaşının əşyalarının itdiyini görüb. O, Qarsiya onları oğurladığını düşünüb.
Kişini tapdıqdan sonra Arciniega-Saenz onun qatlanan bıçağını götürərək ona 84 bıçaq zərbəsi vurub. O, əvvəlcə qurbanın barmağını, sonra başını kəsib, sonra onunla futbol oynamaq qərarına gəlib. Arciniega-Saenz yorulana qədər onu maşından maşına təpikləyib.
Kişi Qarsiyanın qalıqları ilə heç nə etməyib və onları küçənin ortasına atıb. Həmin axşam onları bir polis məmuru tapıb.
Arciniega-Saenz saxlanılıb və hadisəni törətməkdə təqsirli bilinib.
Medianews.az
Paylaş: