06.03.2025, 09:19
190 baxış
Lamiyə
Video gündəm oldu - Meymun oğurladığı telefonla SELFİ ÇƏKDİ
Tailandda meymun fransalı turistin telefonunu oğurlayıb selfi çəkib.
Medianews.az xəbər verir ki, meymun ön kameranı açaraq çəkiliş düyməsini basıb və video çəkib.
O, selfi çəkdikdən sonra ağaca qaçıb. Yerli sakinlər turistə kömək edə biliblər. Onlar telefonu meymunun əlindən alaraq sahibinə veriblər.
Fransız qadın meymunun çəkdiyi videonu fevralın 28-də TikTok hesabında yerləşdirib. Video qısa zamanda viral olun və təxminən 50 min baxış toplayıb.
Medianews.az