05.03.2025, 07:59
155 baxış
Lamiyə
Həkim öz xəstəsi tərəfindən BIÇAQLANDI
Türkiyədə beyin cərrahı, həkim Burak Yörük yanına müalicəyə gələn xəstəsi tərəfindən bıçaqlanıb.
Medianews.az xəbər verir ki, hadisə Niğde Ömər Halisdemir Universiteti Təhsil və Araşdırma Xəstəxanasında, naməlum səbəbdən yaranan mübahisənin ardıca baş verib.
Başından və bədəninin müxtəlif nahiyələrindən bıçaqlanan həkimin vəziyyəti ağırdır. Xəstə tərəfindən bıçaqlanan həkim xəstəxanada ağır yaralanıb
Hadisəni törədən şəxs polislər tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Medianews.az