26.02.2025, 07:34
95 baxış
Nailə
4-cü divizion klubundan inanılmaz nəticə
Fransa kubokunun 1/4 final mərhələsində maraqlı nəticə qeydə alınıb.
Publika.az xəbər verir ki, dördüncü divizionda çıxış edən və ölkənin köklü klublarından biri olan “Kann” İkinci Liqada çıxış edən “Genqam”ı 3:1 hesabı ilə məğlub edib. Turnirdə mübarizəyə 1/128 final mərhələsindən başlayan komanda kubokun yarımfinalına vəsiqə qazanıb.
Günün digər matçında “Anje” və “Reyms” komandaları üz-üzə gəlib. Əsas vaxtda qalib müəyyən edilməyib - 1:1. Hər şey qonaqların daha dəqiq olduğu penaltilər seriyasında bəlli olub – 5:3.
Bu gün aşağı liqa komandaların iştiakı ilə 1/4 finalın daha iki oyunu keçiriləcək. "Brest" "Dyunkerk"i qəbul edəcək. PSJ isə "Stad Brioşe"nin qonağı olacaq.
Paylaş: