Medianews.az
Vətəndaşlar fəallaşacaq? <span style=color:red> Nazirlik yeni bölmə yaradıb
278 baxış

Vətəndaşlar fəallaşacaq? Nazirlik yeni bölmə yaradıb

“Elektron hökumət portalından görünür ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) uzun müddət problemli olan bu vəziyyəti düzəltmək istəyir. Baxıram ki, e-GOV Portalının operatoru İRİA Portalda yeni bir “E-iştirakçılıq” bölməsi də yaradıb. Görünür ki, hökumət beynəlxalq hesabatlarda Azərbaycanın xeyli zəif göstəricilər əldə etdiyini nəzərə E-iştirakçılıqda vətəndaşların aktivliyini yüksəltmək istəyir. Portalda vətəndaş rəylərinin toplanması üçün də müraciət edilib. Bütün bunlar isə indiyədək bu sahədə olan bərbad vəziyyətin aradan qaldırılması baxımından təqdirəlayiq addımlardır”. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında belə deyib. O xatırladıb ki, BMT iki ildə bir dəfə elektron hökumətin inkişafı indeksinini açıqlayır: “E-iştirakçılıq da bu indeksin “Elektron xidmətlər” alt çoxluqlarından birisidir. E-iştirakçılıq dedikdə əsasən, vətəndaşların dövlət idarəetməsində, qərarların qəbul edilməsində iştirakı, e-xidmətlər üçün vətəndaş rəylərinin və təkliflərinin öyrənilməsi, elektron məsləhətləşmə və e-iştirak üçün effektiv mexanizmlərin yaradılması, açıq məlumat bazalarına əlçatanlıq, ictimai iştirakçılıq, ictimai nəzarət proseslərində effektiv iştirak imkanları və s. nəzərdə tutulur. Azərbaycan hər il məhz bu E-iştirakçılıq alt indekslərinin vəziyyəti baxımından mövqelərini xeyli itirib. “E-iştirakçılıq” üzrə hətta elə bəndlər var ki, onların qiymətləndirilməsində Azərbaycan “0” bal alıb. O.Gündüz son 10 ildə Azərbaycanın təxminən 190 ölkə arasındakı E-iştirakçılıq indeksi üzrə dinamikasını da təqdim edib: 2024-cü il - 88-ci yer 2022-ci il - 98-ci yer 2020-ci il - 73-cü yer 2018-ci il - 79-cu yer 2016-cı il - 47-ci yer 2014-cü il - 77-ci yer O.Gündüz qeyd edib ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi son iki ildə bütövlükdə elektron hökumət quruculuğundakı vəziyyəti 9 pillə, E-iştirakçılıqdakı vəziyyəti isə 10 pillə müsbətə doğru dəyişə bilib: “Lakin statistikadan görsənir E-iştirakçılıq hələ də “ən zəif bənd” olaraq qalır. Vətəndaşların elektron iştirakçılığı 5 il öncəki vəziyyətdən 12 pillə, 2016-cı ildəki vəziyyətdən isə 41 pillə geridir. Xatırladıram ki, bu sahədə vəziyyətin düzəldilməsinə yönəlik daha bir addım ötən ilin sonu atılıb. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının nəzdində yeni bir işçi qrupu - “Rəqəmsal Hökumətin İnkişafı” İşçi Qrupu yaradılıb. Ötən ilin sonu qrupun ilk iclası da keçirilib, “ Elektron Hökumətin İnkişafı İndeksi” reytinqinin gələcəkdə yaxşılaşdırılması əsas müzakirə predmeti olub. Doğrudur, vətəndaşlara yönəlik bir qrupa vətəndaş cəmiyyətindən hələlik heç bir nümayəndə daxil etməsələr də ümumilikdə belə bir istiqamət üzrə işçi qrup forçmalaşdırmaq faydalı bir təşəbbüs olaraq dəyərləndirilə bilər. Düşünürəm ki, E-iştirakçılıqda vəziyyəti düzəltmək bir nazirliyin, bir qurumun işi olmamalıdır, bütün maraqlı tərəflər səfərbər olmalıdır. Bununla bağlı ayrıca hüquqi -normativ aktların qəbulu da faydalı olardı. myGov-da və digər rəqəmsal hökumət həllərində belə imkanlar nəzərdə tutulmalıdır. Bəzən müşahidələr göstərir ki, hansısa bir fəaliyyətlə bağlı dövlət informasiya resursu formalaşdırılarkən vətəndaşların iştirakı, ictimai nəzarət imkanları nəzərdə tutulmur. Dövlət idarəetməsinin və qərarlar qəbul edilməsinin bütün sahələrində vətəndaşların iştirakı, rəy və təkliflər bildirməsi nəzərə alınmalıdır və bunun üçün rəqəmsal imkanlar yaradılmalıdır. İstənilən bir hökumət datası formalaşdırılarkən vətəndaşların və biznesin ona əlçatanlığı təmin edilməlidir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən E-iştirakçılqıla bağlı atılan addımlar faydalıdır və ümid edirəm bu sahədə vətəndaşların rəqəmsal imkanları daha da genişləndiriləcək”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun