Medianews.az
Tramp minimum əmək haqqı cəmi 192 dollar olan ölkədən <span style=color:red>nə istəyir?
269 baxış

Tramp minimum əmək haqqı cəmi 192 dollar olan ölkədən nə istəyir?

“Prezident Donald Trampın ABŞ tərəfindən Ukraynaya xərclənən 500 milyard dolların müqabilində nadir torpaq metallarına sahib olmaq istəyi birmənalı qarşılanmasa da, bu, qlobal siyasətdə qaydaların kəskin dəyişməsindən xəbər verir”. Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, 26 trilyon dollardan çox təbii ehtiyatlara malik olduğu güman edilən Ukrayna qlobal təchizat zəncirində mühüm iştirakçılardandır: “Ölkə 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayn titan, litium, berilyum, manqan, qallium, uran,  qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olnmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır”. V.Bayramovun sözlərinə görə, Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur: “Eyni zamanda, elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağı gözlənilir. Son illər Qərb dövlətlərinin Ukraynanın malik olduğu resurslara marağı daha da yüksəlib. Rusiya-Ukrayna müharibəsindən öncə artıq Ukrayna ilə Avropa İttifaqı arasında bu istiqamətdə razılaşmalar imzalanmışdı. 2021-ci ilin iyulunda imzalanmış Kritik Minerallar üzrə Aİ-Ukrayna Strateji Tərəfdaşlığı 10 əsas xammala yönəlmiş 100 layihəni reallaşdırmaqla bu mənbə hesabına Avropada mədən resurslarına tələbin tam ödənilməsini hədəfləyirdi. Göründüyü kimi, böyük xammal ehtiyatlarına malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal güclərin diqqətində olub. Bu arada, zəngin ehtiyatlara malik olan Ukrayna BMT-nin tanıdığı ərazilərinin 80 faizindən azına nəzarət edir və minimum əmək haqqı cəmi 192 dollardır”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun