Medianews.az
Timsah şəhərin ortasında <span style=color:red> oğlanı PARÇALADI
239 baxış

Timsah şəhərin ortasında oğlanı PARÇALADI

Şri-Lankada timsah 28 yaşlı gənci parçalayıb. Medianews.az xəbər verir ki, hadisə Kalutara şəhərinin ortasında baş verib. Hadisə şahidinin sözlərinə görə, oğlan şəhərin əsas görməli yerlərindən sayılan Kalutara körpüsünün yaxınlığından çaya yaxınlaşıb. Birdən yaxınlıqda timsah peyda olub və onu tutaraq suyun altına çəkib. Polis əməkdaşları hadisə yerində şəxsiyyət vəsiqəsinin fotoşəkili və iki əmanət kitabçası olan bir çanta tapıblar. Faktla bağlı araşdırmalara başlanılıb. Medianews.az

Bizə qoşulun