Medianews.az
Mbappe Ronaldonun "Real"dakı rekordunu <span style=color:red>təkrarladı
186 baxış

Mbappe Ronaldonun "Real"dakı rekordunu təkrarladı

"Real Madrid"in hücumçusu Kilian Mbappe "Los Blancos"da debüt mövsümündə Avropa Kuboku/Çempionlar Liqasında qol rekordunu təkrarlayıb. Lent.az xəbər verir ki, fransız forvard indiyədək 7 qol vurub. 2009/2010 mövsümündə Kriştiano Ronaldo və 1961/1962 mövsümündə Justo Tejada da eyni sayda qol vurublar. Xatırladaq ki, Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” ilə cavab oyununda Mbappe het-trik edib. Kilian Mbappe ötən yaydan "Real Madrid"də çıxış edir. Fransalı hücumçu əvvəllər PSJ və “Monako”da çıxış edib.

Bizə qoşulun