19.02.2025, 08:40
154 baxış
Lamiyə
Köpək balığı qadının əllərini DİŞLƏDİ
Britaniyanın Turks və Kaykos adalarında 55 yaşlı kanadalı turist qadına köpək balığı ilə selfi çəkdirmək istəyərkən onun hücumuna məruz qalıb.
Medianews.az xəbər verir ki, akula hücumunu zərərçəkənin əri görüb.
O, yırtıcı bir daha qadına hücum etməsin deyə özünü suya atıb və onu qorxutmağa çalışıb.
Hadisənin şahidləri zərərçəkmişi sahilə çıxarıb və paltarları ilə qanaxmanı dayandırmağa çalışıblar. Xəstəxanada qadının bir qolu biləkdən aşağı, digəri isə qolun yarısından aşağı kəsilib.
Zərərçəkmiş artıq Kanadaya qayıdıb və sağalmasını burada davam etdirəcək.
Medianews.az