14.02.2025, 09:51
203 baxış
Lamiyə
Bu içkiləri içənlər çox yaşayır - ARAŞDIRMA
"Çay, su və şərab uzunömürlülərin arasında ən çox yayılmış içkilərdir"
Medianews.az xəbər verir ki, bunu amerikalı uzunömürlülük üzrə tədqiqatçı Den Byuttner deyib.
Byuettner, uzun illərdir ki, çox yaşayan insanların həyat tərzini öyrənməyə çalışıb. Xüsusilə, o, Yaponiya, Yunanıstan, İtaliya və Kosta-Rikada yaşayan kəndlilərin qida rasionunu tədqiq edərək, onların niyə dünyadakı digər insanlardan daha uzun yaşadıqlarını anlamağa çalışıb.
“Onlar ümumiyyətlə süd içmirlər. Onların süfrələrində tapa biləcəyiniz yeganə şey qoyun və ya keçi südündən hazırlanan pendirdir", - deyə ekspert bildirib.
Tədqiqatçı su, çay və şərabı uzunömürlülər arasında ən çox yayılmış içkilər adlandırıb. Həmçinin qeyd edib ki, orqanizmin normal işləməsi üçün su lazımdır, çayda qiymətli antioksidanlar var, lakin şərabda belə faydalı xüsusiyyətlər yoxdur.
Lakin ekspert hesab edir ki, onun siyahıya düşməsi təsadüfi deyil. Onun fikrincə, bu fakt sağlamlığın və uzunömürlülüyün mühüm prinsipini nümayiş etdirir.
Medianews.az