12.02.2025, 12:57
112 baxış
Lamiyə
Xarici KİV: Makron Trampın Qəzzaya köçürülmə planına QARŞIDIR
Fransa prezidenti Emmanuel Makron ABŞ lideri Donald Trampın Qəzza sakinlərini başqa ölkələrə köçürmək planına qarşı çıxıb.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, siyasətçi bu barədə CNN telekanalına müsahibəsində bildirib.
"İki milyon insana sadəcə olaraq deyə bilməzsiniz ki, "Tapın, nə? Siz Köçürsüz." Doğru qərar daşınmaz əmlak alqı-satqısı deyil, siyasi əməliyyat həyata keçirmək olardı”, - Fransa lideri qeyd edib.
Makron bildirib ki, digər ölkələr fələstinlilərin Qəzza zolağında qalmaq istəyinə, eləcə də İordaniya və Misirin bölgədən çoxlu sayda qaçqını qəbul etmək istəməməsinə hörmət etməlidir.
Medianews.az