Medianews.az
Orban onları “qorxaq dovşanlar” <span style=color:red>adlandırdı
204 baxış

Orban onları “qorxaq dovşanlar” adlandırdı

Macarıstanın Baş naziri Viktor Orban Aİ liderlərini ABŞ Prezidenti Donald Trampla idxal tariflərini müzakirə etməkdən qorxan “qorxaq dovşanlar” adlandırıb. “Qafqazinfo” xəbər verir ki, o bu haqda Budapeştdə mətbuat konfransında danışıb. Orban bildirib ki, Aİ öz təkliflərini amerikalılara müstəqil şəkildə təqdim etməlidir: “Aİ liderləri qorxaq dovşanlar kimi oturub taleyini gözləyirlər. Ancaq qorxaqların gələcəyi yoxdur. Biz etimad göstərib danışıqlara başlamalıyıq”. O, həmçinin Aİ-nin hazırkı rəhbərliyinin Birləşmiş Ştatlarla iqtisadi mübahisədə cəmiyyətin maraqlarını effektiv şəkildə qoruya biləcəyinə şübhə ilə yanaşdığını deyib, Almaniya və Fransanın təşəbbüsü öz üzərinə götürməli olduğunu vurğulayıb.

Bizə qoşulun