12.02.2025, 13:10
222 baxış
Lamiyə
Bu ölkədə Ukraynaya silahların yalnız kreditlə verilməsi İSTƏNİLDİ
“Polşa Ukraynaya silahı yalnız kreditlə verməlidir”
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu polşalı deputat Pşemıslav Vipler deyib.
“Hazırda kiminsə müharibəni davam etdirmək üçün lazım olan silahlara çıxışı varsa, o zaman onun şərtlər qoymaq hüququ var. Polşa hökumətinin şərt qoymaması səhvdir. Biz heç nəyi pulsuz verməməliyik. Biz hər şeyi faizlə kredit şəklində verməliyik”.
Onun fikrincə, Varşava ABŞ-nin İkinci Dünya Müharibəsindən sonra etdiyi kimi, digər ölkələrə silah tədarükü məsələsində öz xeyrinə hərəkət etməlidir.
Medianews.az