05.02.2025, 08:25
220 baxış
Lamiyə
Dəhşətli hadisə: Köpək balığı qızı PARÇALADI
Avstraliyada 17 yaşlı qız köpək balığının hücumu nəticəsində öldürülüb.
Medianews.az xəbər verir ki, faciə fevralın 3-də, Kvinslend ştatının Brisben şəhərinin şimalında, günortadan sonra baş verib.
Qız Braybi adasındakı məşhur Vurim çimərliyində dincəlirdi. O, sahildən təxminən 100 metr aralıda okeanda üzərkən köpək balığı ona hücum edib.
Hadisənin şahidləri qızı sahilə çıxarıblar. Hadisə yerinə gələn tibb işçiləri ona kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər.
Hücum zamanı başqa heç kim xəsarət almayıb.
Medianews.az