31.01.2025, 11:00
112 baxış
Lamiyə
HƏMAS bu öllkənin vətəndaşlarını AZAD EDƏCƏK
Fələstinin HƏMAS radikal hərəkatı fevralın 1-də azad edəcəyi girovların, o cümlədən ABŞ və Fransa vətəndaşlarının siyahısını dərc edib.
Medianews.az xarici “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
“(İsrail ilə) mübadilə sazişinin bir hissəsi olaraq biz fevralın 1-də Ofer Kalderon, Keyt Seqal və Yarden Bibası azad etmək qərarına gəldik”, - agentlik qrupun nümayəndələrinə istinadən yazır.
Bibasın İsrail vətəndaşı olduğu, Kalderon və Siqalın da Fransa və Amerika pasportları olduğu məlum olub.