Medianews.az
Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı
133 baxış

Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb Medianews.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var. Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür. Medianews.az

Bizə qoşulun