Medianews.az
"Neftçi" və "Qarabağ" <span style=color:red>növbəti oyunlarını keçirəcək
117 baxış

"Neftçi" və "Qarabağ" növbəti oyunlarını keçirəcək

"Neftçi" və "Qarabağ" Azərbaycan Premyer Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər. Medianews.az xəbər verir ki, paytaxt təmsilçisi XX turda "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma saat 16:00-da start götürəcək. "Ağ-qaralar" 18 xalla yeddinci, Naxçıvan klubu 39 xalla ikinci pillədə qərarlaşıb. Tura "Qarabağ" - "Turan Tovuz" matçı ilə yekun vurulacaq. Görüş saat 18:30-da başlayacaq. Ağdam təmsilçisi 50 xalla liderdir. Qonaqlar 32 xalla 4-cü sıradadırlar. Premyer Liqa IlI dövrə, XX tur 26 yanvar 16:00. "Araz-Naxçıvan" - "Neftçi" Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov. VAR: İnqilab Məmmədov. AVAR: Namik Hüseynov. Hakim-inspektor: İmanxan Sultani. "Liv Bona Dea Arena" 18:30. "Qarabağ" - "Turan Tovuz" Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamranbəy Rəhimov. VAR: Əliyar Ağayev. AVAR: Zeynal Zeynalov. Hakim-inspektor: Ceyhun Haşımov. Tofiq Bəhramov adına Respublika stadionu Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" səfərdə "Şamaxı"nı 2:1, "Səbail" evdə "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Sabah" - "Sumqayıt" matçında hesab açılmayıb.

Bizə qoşulun