Medianews.az
“Neftçi” bu ölkədən <span style=color:red>məşqçi gətirdi
285 baxış

“Neftçi” bu ölkədən məşqçi gətirdi

“Neftçi”nin məşqçilər korpusunda yeni təyinat olub.  “Qafqazinfo” xəbər verir ki, rumıniyalı Boqdan-Kornel Merişanu atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək. Boqdan-Kornel Merişanu 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub. O, məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) çalışıb.  

Bizə qoşulun