Medianews.az
Zelenski: <span style=color:red>Tramp istəsə, Ukrayna NATO-ya üzv ola bilər
170 baxış

Zelenski: Tramp istəsə, Ukrayna NATO-ya üzv ola bilər

“Əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz NATO-da olacağıq, hamı bunun tərəfdarı olacaq. Əks halda biz NATO-da olmayacağıq”, - deyə siyasətçi vurğulayıb. Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Trampın iradəsini alyansa üzv olan bir sıra ölkələrin mövqeyinin dəyişdirilməsi və Ukraynanın ona daxil olması üçün şərt adlandırıb. Onun sözlərinə görə, ABŞ, Almaniya, Slovakiya və Macarıstan Kiyevin təşkilata üzvlüyünə qarşıdırlar . Siyasətçi həmçinin ABŞ və Almaniyanı zəif mövqedə ittiham edib və Ukraynaya başqalarının hörmət səviyyəsini bərabərləşdirmək istəyini bəyan edib.

Bizə qoşulun