Medianews.az
İran Ali məhkəməsi edam hökmünü <span style=color:red>TƏSDİQLƏDİ - VİDEO
168 baxış

İran Ali məhkəməsi edam hökmünü TƏSDİQLƏDİ - VİDEO

İranın Ali məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bildirib. Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Onun barəsində 2024-cü ilin fevral ayında edam hökmü çıxarılıb.

Bizə qoşulun