Medianews.az
Ermənistana fürsət VERİLMƏYƏCƏK: <span style=color:red>İrəvan Kiyevlə Tbilisinin AQİBƏTİNİ YAŞAYACAQ - FOTO
304 baxış

Ermənistana fürsət VERİLMƏYƏCƏK: İrəvan Kiyevlə Tbilisinin AQİBƏTİNİ YAŞAYACAQ - FOTO

“Bayden adminstrasiyaının Ermənistanla de-fakto strateji tərəfdaşlığı de-yureləşdirməsi və İrəvanda Avropa İttifaqına üzvlüyə "hazırlıq" tədbirləri bir-birinə bağlı məsələlərdir. Nikol Paşinyana bu haqda təlimat ötən il 5 apreldə Brüsseldə keçirilən üçtərəfli görüşdə verilib. Yəni, nə Avropa İttifaqına üzvlüklə bağlı Ermənistan hökumətinin qərarı, nə də ABŞ ilə bu strateji tərəfdaşlıq anlaşması haylarlıq məsələdir. Onlar sadəcə verilən təlimata uyğun hərəkət edirlər”. Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin üzvü Sahib Alıyev bildirib. O qeyd edib ki, bütün bu baş verənlər ABŞ-nin yeni Prezidenti Donald Trampın manevr imkanlarını artırmağa, gələcək sövdələşmələrdə əlini güclü etməyə hesablanıb. Millət vəkilinin sözlərinə görə, ABŞ-də administrasiyalarının dəyişməsi zamanı belə razılaşdırılmış addımlar az atılmayıb: “Baden administrasiyası belə bir anlaşma ilə guya Trampla komandasını fakt qarşısında qoymağa çalışdığı haqda deyilənləri mən bölüşmürəm. Ermənistanla bu anlaşma da, Bayden-Blinken cütlüyünün Ukraynaya yanaşmada atdıqları son addımlar da, fikrimcə, Trampı çətin vəziyyətə salmağa yox, onun manevr imkanlarını artırmağa, gələcək sövdələşmələrdə əlini güclü etməyə hesablanıb. ABŞ-də administrasiyalarının dəyişməsi zamanı belə razılaşdırılmış addımlar az atılmayıb. Amma bu, heç də Trampın da bizim regiona yanaşmada Baydencəsinə davranacağı demək deyil. ABŞ-dəki hay faktoru, yaxud da Ermənistandakı sorosçuların qərbpərəstlik dozalarını artırıb-azaltmaları yox, qlobal və regional müstəvidə proseslərin hansı yöndə gedəcəyi, bizim ABŞ-nin yeni rəhbərliyi ilə aparacağımız danışıqlar burada öz sözünü deyəcək”. S.Alıyev vurğulayıb ki, rəsmi İrəvan bu reallığı yaxşı dərk etdiyi üçün Ermənistanda Azərbaycanın Minsk qrupunu buraxmaq təklifinin "nəzərdən keçirildiyini" gündəmə gətirirlər: “Halbuki, bu təklif Paşinyan "Qarabağ Azərbaycandır" deyən gün nəzərdən keçirilməli və indiyədək qərar qəbul edilməli idi. Blinkenlər, makronlar izn vermədilər. İndi də haylar bu "nəzərdən keçirmək" formulunu Tramp adminstrasiyasının bizim regionla bağlı mövqeyi konkretləşənədək vaxt uzatmaq üçün ortaya atıblar. Əgər görsələr ki, yeni administrasiya da əvvəlki kimi formaca haymərkəzli, məzmunca hayalətli siyasət yeridir, onda Azərbaycanın Minsk qrupu ilə bağlı tələbinin yerinə yetirilməməsi üçün çeşidli bəhanələr uydurulacaq, yenə sözdə sülhdən dəm vurulacaq, əməldə isə revanşizm üçün fürsət axtarılmağa çalışılacaq. Fəqət bütün hallarda Ermənistana belə bir fürsət verilməyəcək. Əgər irəvandakılar düşünürlərsə ki, ABŞ ilə strateji tərəfdaşlıq onları bütün təhlükələrdən hifz edəcək, onda özlərindən əvvəl eyni anlaşmanı imzalayan bəzi dövlətlərin üzləşdikləri reallıqları yada salsınlar. Onlar elə də uzaqda yerləşmirlər. Misal üçün, Krımın işğalından qabaq 2008-ci ilin 19 dekabrında ABŞ ilə Ukrayna arasında, 2009-cu ilin 10 yanvarında isə Gürcüstanla strateji tərəfdaşlıq haqda sənəd imzalanmışdı. 2021-ci ilin 10 noyabrında ABŞ Ukrayna ilə strateji tərəfdaşlığını yeniləyərək daha da möhkəmləndirdi. Bu sənəd də Abxaziya və Tsxinvali regionu kimi nə Krımın geri qaytarılmasına kömək etdi, nə də yeni işğalın qarşısını aldı. Ermənistanla imzalanan anlaşma da bunlara bənzəyir”. Ərtürk İSMAYIL

Bizə qoşulun