Medianews.az
Batumidə aksiya: <span style=color:red>Müxalifət liderləri həbs edildi
204 baxış

Batumidə aksiya: Müxalifət liderləri həbs edildi

Batumidə keçirilən etiraz aksiyası zamanı müxalifət liderlərindən biri, "Dəyişikliklər üçün Koalisiya" təşkilatının üzvü Elene Xoştariya polis əməkdaşına etiraz məqsədilə stiker yapışdırdığına görə həbs edilib. Medianews.az musavat.com-a istinadla xəbər verir ki, Batumi polisinin rəhbəri İrakli Dgebuadze aksiyada iştirak edən 8 nəfərin inzibati qaydada həbs olunduğunu açıqlayıb. Onlar xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamları ilə saxlanılıblar. Həbs olunanlar arasında: • Elene Xoştariya - "Dəyişikliklər üçün Koalisiya" təşkilatının liderlərindən biri. • "Güclü Gürcüstan" və "Gaxariya - Gürcüstan üçün" partiyalarının üzvləri. Etiraz aksiyası sosial problemlər və hökumətin siyasətinə qarşı narazılığı ifadə etmək üçün təşkil edilib. Aksiyada polis və etirazçılar arasında gərginlik müşahidə olunub.

Bizə qoşulun