Medianews.az
Bakı bulvarında gənc oğlan <span style=color:red>özünü dənizə ATDI
256 baxış

Bakı bulvarında gənc oğlan özünü dənizə ATDI

Bakıda gənc oğlan özünü dənizə atıb. Medianews.az Lent.az-a istinadla xəbər verir ki, hadisə bazar günü Dənizkənarı Milli Parkda qeydə alınıb. Gənc oğlanın özünü dənizə atdığını görən vətəndaşlar dərhal polisə və FHN-ə məlumat veriblər. Hadisə yerinə FHN və polis əməkdaşları gəliblər. Həyata keçirilən tədbirlər nəticəsində gənc oğlan sudan çıxarılıb. Araşdırmalar nəticəsində özünü dənizə atan şəxsin Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Rəsul Vəli oğlu İsmayılov olması müəyyən edilib. Prokurorluq tərəfindən araşdırma aparılır.

Bizə qoşulun