25.12.2024, 15:27
126 baxış
Azad
Alla Puqaçovanı kim öldürmək istəyib?
Rusiyanın Xalq artisti Alla Puqaçova və həmkarı Maşa Rasputinanın öldürülməsi planlaşdırılıbmış.
Medianews.az olay.az-a istinadla bildirir ki, həmin hadisə 90-cı illərə təsadüf edibmiş.
Bu barədə iş adamı Qennadi Snustikov "Pust qovoryat" (Qoy danışsınlar) verilişinin son buraxılışında danışıb.
Şou-biznesin "xaç atası" adlandırılan Snustikov quldurların müğənnilərə "ciddi adamlara" sifariş verdiyini açıqlayıb.
Lakin onun müdaxiləsi sayəsində ikiqat faciənin qarşısı alınıb.
"Mən müdaxilə edib cavab verməli oldum: "Xeyr, bu baş verməyəcək", - deyə Gennadi proqramda bildirib.
Rasputinanı və Puqaçovanı hansı səbəbdən öldürmək istədiklərini Snustikov ictimaiyyətə açıqlamayıb.