Medianews.az
Paşinyan sevdalısından NÖVBƏTİ QARAYAXMA: <span style=color:red>Bu dəfə hədəf ZİYALILARDIR - FOTO
332 baxış

Paşinyan sevdalısından NÖVBƏTİ QARAYAXMA: Bu dəfə hədəf ZİYALILARDIR - FOTO

Xaricə sığınaraq ermənipərəst dairələrin maliyyəsi ilə həyatını quran, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən Sevinc Osmanqızı daim ölkəmizi hədəfə alır, ictimai-siyasi nüfuzu olan, cəmiyyətdə tanınan şəxslərə qarşı qarayaxma kampaniyası aparır. Atası - Azərbaycan Prezidentinin Mətbuat katibi, jurnalist Osman Mirzəyevin də içərisində olduğu “Mİ-8” helikopterinin 1991-ci ilin 20 noyabrında ermənilər tərəfindən Qarakənd səmasında vurulmasına, valideyninin şəhidlik zirvəsinə ucalmasına rəğmən, o, haylara simpatiyasını, sevgisini gizlətmir, yeri gələndə bunu açıq büruzə verir. Bir növ erməni pulunu, ermənipərəst dairələrin qrantlarını atasının qanından üstün tutur. Sadəcə mənsub olduğu xalqa deyil, ailəsinə, valideyninin əziz ruhuna qarşı da dönüklük edən Sevinc Osmanqızının internetdə yayılan məşhur videosunu yəqin ki, çox adam xatırlayır. Həmin videoda o, yanğılı şəkildə “kaş bizim prezidentimiz Paşinyan olaydı, kaş”, - deyə dərindən köks ötürür. Təkcə bu fakt onun əsl mahiyyətini, kimliyini, əxlaqını çılpaq şəkildə ortaya qoyur. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi zəfər, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun sözün əsl mənasında tarix yazması, sonrakı illərdə verilən siyasi qərarlar, keçirilən əməliyyatlar nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin olunması dünya erməniliyini narahat etdiyi üçün Sevinc Osmanqızının da yuxusunu ərşə çəkib. O gün bu gündür “Osmanqızı TV”də Azərbaycan ünvanına iftira, qarayaxma daha geniş miqyas alıb. Aşığın sözü qurtaranda dalay-dalay dediyi kimi, Sevinc Osmanqızı da üyüdüb-tökdüyü yalanların tükəndiyini gördükdə, izləyicilərinin diqqətini çəkmək üçün bir şey tapmayanda dərhal mövzunu ayrı-ayrı şəxslərin üzərində qurur, onları “mühakimə” edir, ünvanlarına çamur atır, sözügedən şəxsləri vulqarcasına ələ salmağa çalışır. Bu çirkab işdə ona əqidədaşı, fərari diplomat, xalqına və dövlətinə maddi marağa görə xəyanət edən Arif Məmmədov hərtərəfli dəstək olur. O, satqın kimliyini, simasızlığını Şahmarlı təxəllüsü altında gizlədərək Osmanqızının yalanlarını təsdiqləyir. Misal üçün, bugünlərdə Sevinc Osmanqızı öz efirində siyasi elmlər doktoru, professor, sabiq millət vəkili Vaqif Abdullayevi hədəfə alıb. Şər-böhtan carçısı kimi tanınan Sevinc Osmanqızının xəstə məntiqinə görə, bu Azərbaycan ziyalısının “günahı” öz xalqına və onun hakimiyyətinə, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməsi, ölkə rəhbərinin siyasi kursunu dəstəkləməsi, vaxtilə bu barədə kitablar yazmasıdır. Məlumat üçün qeyd edim ki, Vaqif Abdullayev 1998-ci ildən indiyə kimi “Millət ideyası: siyasi aspekt”, “O, böyük siyasətə hazırdır”, “Azərbaycan yeni diplomatiya məkanında”, “Müstəqilliyimizin strategiyası”, “Sülh və sabitlik Prezidenti”, “Planetar təfəkkürlü lider”, “Azərbaycanın Mehriban siması”, “Humanizmin Azərbaycan simvolu”, "Dostumuz, müttəfiqimiz" və sair kimi elmi, siyasi, fəlsəfi yaradıcılıq nümunəsi ortaya qoyub, dövri mətbuatda çoxsaylı müəllif yazıları ilə çıxış edib. Əsərləri rus, ingilis, latış, gürcü, yəhudi, ukrayna dillərinə tərcümə olunub. Yəni, adam əsərlərini altı əcnəbi dilə çevirərək, bacardığı və gücü çatan səviyyədə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasına çalışıb. Bu xidmətləri müqabilində “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. O, bu əlamətdar hadisəni “kiçik fəaliyyətimə dövlətimin verdiyi böyük dəyərdir”, - kimi qiymətləndirib, təvazökar davranıb, sakitliklə iş-gücünü davam etdirib. Təbii ki, bu kitablarda Vaqif Abdullayev Azərbaycanın uğurlu xarici siyasətindən, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və müstəqil Azərbaycanın güclənməsinə xidmət edən ayrı-ayrı məqamlardan, ərazi bütövlüyü məsələsində Prezident İlham Əliyevin prinsipial mövqeyindən, Ermənistan işğalına qarşı həyata keçirilən tədbirlərdən, Birinci vitse-prezident Mehriban Əliyevanın humanist ideyalarından, reallaşan bir çox layihələrdən də geniş bəhs edib. Məgər Vaqif Abdullayev nümunəsində hansısa bir ziyalının, yaz-pozu və ya elm adamının vətənpərvərliyi, bacardığı sahədə dövlətinə və xalqına xidməti, 200 illik tarix ərzində ilk dəfə Azərbaycanı məğlubiyyətdən qalibiyyətə yüksəldən bir lideri dəstəkləməsi qəbahətdirmi? Oğurluqmu edib Vaqif Abdullayev? Bəlkə vəzifə başında yol verdiyi nöqsanlara görə məsuliyyətə cəlb olunub? Təbii ki, bütün bunların heç biri baş verməyib. Bu reallıq fonunda, yəni, elmi, ictimai-siyasi fəaliyyətində hansısa qanunsuzluq olmayan, hər hansı bir vəzifə tutmayan dəyərli bir ziyalının Sevinc Osmanqızı və əqidədaşı Arif Şahmarlı tərəfindən hədəfə alınması sadəcə qarayaxmadır, tərbiyəsizlikdir, öz yalanlarını ayrı-ayrı şəxsləri ləkələməklə cəmiyyətə sırımaq cəhdidir. Belə cəhdlərin uğur qazanması isə qeyri-mümkündür. Yel qayadan heç nə aparmadığı kimi, erməni bulağından su içən osmanqızıların, şahmarların “fəaliyyəti” də Azərbaycan xalqına və dövlətinə, həmçinin ölkəsinə sidq ürəklə bağlı olan, sədaqətlə xidmət edən vətəndaşlarına təsir etməz. Ərtürk İSMAYIL

Bizə qoşulun