Medianews.az
Öz uşağını böyütmədiyini bilib <span style=color:red> ÖLDÜ
177 baxış

Öz uşağını böyütmədiyini bilib ÖLDÜ

Kişi öz uşağını böyütmədiyini öyrəndikdən sonra ölüb. Medianews.az “Readovka67”ə istinadən xəbər verir ki, hadisə Dağıstanda baş verib. Evli cütlük öyrənib ki, 23 il əvvəl doğum evində həkim, onların yeni doğulan oğlunu başqa uşaqla səhv salıb. Nəticədə ər-arvad bütün bu müddət ərzində başqasının oğlunu böyüdüblər. Öz uşaqları isə, qonşu kənddə başqa ailədə böyüyüb. Ata dəhşətli səhvdən xəbər tutanda bununla barışa bilməyib. Kişi özünə qapandı və tez-tez evdən çıxırdı. Ögey oğlunun taleyindən qorxan qadın, əri ilə münasibətləri yaxşılaşdırmağa çalışaraq uşağı Sibirdəki qohumlarının yanına göndərib. Lakin kişi də evdən getmək qərarına gəlib və bacılarının evinə köçüb. Lakin onun cəsədi üç gün sonra dağlarda tapılıb. Tək qalan qadın, dəhşətli bir səhvin baş verdiyi doğum evinə qarşı iddia qaldırıb. Məhkəmə ona bir milyon rubl məbləğində təzminat ödəməyə qərar verib.  

Bizə qoşulun