Rusiyada 12 yaşlı uşaq 7 il burnunda qulaqlıqla gəzib.
Medianews.az “Daily”ə istinadən xəbər verir ki, uşaq tənəffüs problemi səbəbindən 7 il əziyyət çəkib.
Xəstəxanaya müraciət etdikdən sonra həkim xəstənin burnunda yad cisim olduğundan şübhələnib və tomoqrafiya edib. Nəticədə qulaqlıq üçün silikon qulaq yastığını aşkar ediblər.
Endoskopik əməliyyat zamanı həkimlər yad cismi uğurla çıxardıblar.
Həkim Aleksey Pryanişnikovunun sözlərinə görə, ola bilər ki, uşaq beş yaşında cismi burnuna yapışdırıb.