18.12.2024, 08:18
179 baxış
Lamiyə
Ukraynalı deputat Zelenskini tənqid etdi
Ali Radanın deputatı Artem Dmitruk ölkə prezidenti Volodimir Zelenskinin Macarıstanın baş naziri Viktor Orbana ünvanladığı sözləri tənqid edib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Diplomatiya? Xeyr, eşitmədim!” — deputat Volodimir Zelenskinin çıxışının videosunu əlavə edərək yazıb.
Artem Dmitrukun sözlərinə görə, xarici liderə ünvanlanan bu cür bəyanatlar dəhşətli görünür.
Deputat Ukrayna prezidentinin Macarıstanın baş nazirinin münaqişənin həllində iştirakının mümkünsüzlüyü ilə bağlı son bəyanatlarını tənqidi qiymətləndirib.
Paylaş: