Medianews.az
ABŞ və Avropa İttifaqı “TikTok”a qarşı: <span style=color:red>Qadağalar GENİŞ VÜSƏT ALIR - FOTO
161 baxış

ABŞ və Avropa İttifaqı “TikTok”a qarşı: Qadağalar GENİŞ VÜSƏT ALIR - FOTO

“ABŞ və Avropa İttifaqının “TikTok” platforması ilə mübarizəsi 2025-ci ildə də davam edəcək. Platformanın 2025-ci ilin əvvəlindən ABŞ-də qadağan edilməsini və ya satılmasını nəzərdə tutan qanun gündəmdədir. “BBC” xəbər verir ki, sosial media şirkəti Federal Apellyasiya Məhkəməsinin qanunun Konstitusiyaya zidd olması barədə arqumenti ilə razılaşacağına ümid edirdi, çünki bu, 170 milyon ABŞ istifadəçisinin söz azadlığına təsir göstərir. Ancaq məhkəmə fərqli qərar verib”. Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, “TikTok” rəhbərliyi bundan sonra mübarizəni ölkənin ən yüksək hüquqi orqanı olan ABŞ Ali Məhkəməsinə aparacağını bildirib. Politoloqun sözlərinə görə, ABŞ “TikTok”un satılmasını və ya qadağan edilməsini istəyir, çünki onun sahiblərinin Çin dövləti ilə əlaqəsi var: “TikTok” rəhbərliyi hər zaman bu iddianı təkzib edir. ABŞ Konqresində Çin əleyhinə əhval-ruhiyyə çox güclü olduğuna görə, hər iki partiya rəhbərliyinin “TikTok”un ABŞ bazarında məhdudlaşdırılmasına dair fikir birliyi mövcuddur. Avropa dövlətlərində də “TikTok” platformasından narazılıq var. Brüssel hesab edir ki, Rusiya və Çin bu platformadan istifadə edərək müxtəlif ölkələrdəki seçkilərə təsir edir. Misal üçün, Rumıniyada prezident seçkisinin birinci turunda heç kimin gözləmədiyi halda, sorğularda sonuncu sıralarda olan populist bir siyasətçi qalib gəldi. Bunun səbəbləri araşdırıldıqda sosial platformalar üzərindən həmin namizədə kənardan dəstəyin artdığı aydınlaşdı. Həmişə olduğu kimi, yenə Rusiyanın adı çəkildi. Çünki Rumıniyanın həmin populist namizədi Rusiyanın siyasətini dəstəkləyir. Rumıniya Konstitusiya Məhkəməsi araşdırmaların nəticəsi olaraq, prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etdi”. E.Şahinoğlu deyib ki, “TikTok” platformasının müstəqil olmaması, kənardan idarə edilməsi ilə bağlı Brüsseldə də fikir formalaşıb: “Ona görə də Avropa İttifaqı bu platformanın fəaliyyətini məhdudlaşdırmaq barədə düşünür. “TikTok” platformasını digər sosial platformalar olan “Facebook” və ya “İnstagram”dan fərqləndirən odur ki, bu şəbəkələrin rəhbərlərini sorğu-suala çəkmək mümkündür, onlar ABŞ Konqresində və ya Avropa Komissiyalarında dinləmələrə gəlirlər. “TikTok”la bağlı eyni proseduru həyata keçirmək mümkün deyil”. Turan ORUC

Bizə qoşulun