09.12.2024, 07:34
135 baxış
Nailə
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Şamaxı" ilə üz-üzə
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura "Turan Tovuz" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.
Medianews.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. Turun mərkəzi görüşündə "Sabah" "Qarabağ"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
9 noyabr
Azərbaycan Premyer Liqası
XVI tur
Saat 19:00, "Turan Tovuz" - "Şamaxı"
Paylaş: