29.11.2024, 11:07
194 baxış
Lamiyə
Peskov: Hələbdəki vəziyyət Suriyanın suverenliyinə qəsddir
“Suriyanın Hələb əyalətində silahlı terrorçu qrupların hücumu ilə bağlı vəziyyət Suriyanın suverenliyinə qəsddir”
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, bu, Suriyanın bu regiondakı suverenliyinə qəsddir”, - Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi Suriya hakimiyyətinin bölgədəki asayişi tez bir zamanda bərpa etməsinin tərəfdarıdır.
Paylaş: