Medianews.az
DƏHŞƏT: Ögey ata uşağa bu işgəncələri <span style=color:red>VERDİ
156 baxış

DƏHŞƏT: Ögey ata uşağa bu işgəncələri VERDİ

Rusiyanın Kemerovo vilayətində ögey atası tərəfindən işgəncələrə məruz qalan 12 yaşlı oğlan evdən qaçıb. Medianews.az “Daily”ə istinadən xəbər verir ki, 2024-cü ilin may-noyabr aylarında kişi uşağa davamlı şəkildə işgəncə verib. O oğlanı gecəni soyuqda paltarsız qoyub və şiddətlə döyüb. Həmçinin uşağın dodağını kəsərək özü tikməyə çalışıb. Nəticədə noyabrın 26-da oğlan evdən qaçıb. 43 yaşlı ana polisə bildirib ki, oğlu sadəcə olaraq  kömür almağa gedib və geri qayıtmayıb. Uşaq şəhərdəki mağazalardan birində tapılıb. Müstəntiqlərin fikrincə, ana həmyaşıdının uşağa qarşı edilən işgəncələrdən xəbərdar olub. Ailədə daha iki uşaq böyüyür. Kişi ancaq ögey oğlunu döyürdü, öz uşaqlarına toxunmayıb. O, saxlanılıb və ona qarşı cinayət işi açılıb. Ana işgəncədə və valideynlik vəzifələrinə etinasızlıqda ittiham olunur. Oğlan ailəsindən alınaraq sosial müəssisəyə göndərilib, onunla psixoloqlar işləyir. Prokurorluq fövqəladə vəziyyətin fərqinə varmayan qəyyumluq orqanlarını da yoxlayacaq.  

Bizə qoşulun