21.10.2024, 11:26
102 baxış
Lamiyə
Çörəkdən tamamilə imtina etmək OLMAZ - Çünki...
“Çörəyi pəhrizdən tamamilə çıxarmaq mümkün deyil”
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bunu diyetoloq Yuliya Çexonina deyib.
O bildirib ki, bu məhsul orqanizm üçün zəruri olan bir çox qiymətli olan lif, vitaminlər, o cümlədən B vitaminləri, maqnezium, selen, dəmir və digər vacib mikroelementlər mənbəyidir.
Mütəxəssisin fikrincə, çörəyin tam imtinası bu qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Bu komponentlərin olmaması sağlamlığa, enerji səviyyələrinə və həzm sisteminin işinə mənfi təsir göstərə bilər.
Öz növbəsində diyetoloq Çexonina qeyd edib ki, insan gündə hər yeməkdə nəzərdə tutulan üç tikə qədər çörək yeyə bilər. Gündəlik kalori qəbulunu azaltmağa ehtiyac varsa, o, bunu bişmiş məmulatlar, şirniyyatlar və yağda yüksək olan digər qidalar vasitəsilə etməyi tövsiyə edib.
Paylaş: