Medianews.az
“Hamı üçün potensial xal mənbəyi” - <span style=color:red>Millimiz bu statusdan qurtula biləcəkmi?
166 baxış

“Hamı üçün potensial xal mənbəyi” - Millimiz bu statusdan qurtula biləcəkmi?

Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti matçına çıxacaq. Fernandu Santuşun komandası səfərdə Estoniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Təxminən 8 saat sonra baş tutacaq Azərbaycan-Estoniya qarşılaşması ilə bağlı fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Natiq Muxtarlı bildirib ki, ilk iki oyunda məğlub olduqdan sonra Azərbaycan yığmasının artıq Millətlər Liqasında heç bir hədəfi qalmayıb. Onun sözlərinə görə, hansısa hədəfə çatmaq üçün bu yığmanın potensialı yoxdur: “Estoniya ilə oyun yalnız imic baxımından əhəmiyyətli ola bilər. İndi Azərbaycan yığması bütün Avropada hər komanda üçün potensial 3 xal mənbəyi sayılır. Təbii ki, Estoniya da bu hədəfə köklənib və Azərbaycana qalib gəlməyi planlaşdırıblar. Aşağı-yuxarı, hər iki yığma eyni səviyyədədir”. İdman şərhçisi deyib ki, Azərbaycan millisi heç olmasa bu qarşılaşmada məğlub olmamaqla, pis imicdən - “hamı üçün potensial xal mənbəyi” statusundan qurtulmalıdır: “Bunu bacaracaqlarmı? Sözün düzü, birmənalı şəkildə “hə” demək mümkün deyil. Santuş nə qədər pafoslu danışsa da, aydın görünür ki, yığmanı oyun planında toparlaya bilmir. Çünki əlində olan məhsulun keyfiyyəti buna imkan vermir”. N.Muxtarlı vurğulayıb ki, qarşılaşmada heç-heçə Azərbaycan yığması üçün uğur sayılacaq: “Estoniya ilə oyunda millinin qalib gələcəyini iddia etmək risklidir. Heç-heçə Azərbaycan yığması üçün uğur sayılacaq. Amma bunun üçün də vuruşmaq lazım gələcək”. Nailə QASIMOVA

Bizə qoşulun