08.10.2024, 16:15
175 baxış
Nailə
Hakimdən şok qərar: Kollektiv zorlama görüntüləri ictimaiyyətə açıqlanacaq - FOTO
Fransada 80-dən çox kişini arvadını zorlamağa təşviq edən Dominik Pelikotun məhkəməsi ölkəni sarsıtmaqda davam edir.
Medianews.az xəbər verir ki, bu barədə sozcu.com məlumat yayıb.
Keçmiş əri və onu illərlə huşsuz vəziyyətə salan onlarla kişi tərəfindən təcavüzə məruz qalan Gisele Pelikot ölkədə qadınların mübarizəsinin qəhrəmanına çevrilib.
Ayrıldığı ərinin ona narkotik maddə verdiyi 72 yaşlı Gisele Pelikot, 10 il huşsuz vəziyyətdə ikən ərinin evinə gətirilən onlarla kişi tərəfindən zorlanıb. O, 4 il əvvəl polis məmurundan ərinin bu dəhşətli hadisəni lentə aldığını öyrənib.
Dominik Pelikot və onlarla kişinin mühakimə olunduğu işdə hakimdən diqqətəlayiq bir qərar çıxıb.
Hakim Rocer Arata jurnalistlərə və işdə iştirak edən vətəndaşlara Pelikotun huşsuz vəziyyətdə zorlandığını göstərən bəzi videolara baxmağa icazə verib. Gisele Pelikotun vəkilləri də videoların iş üçün mühüm sübut olduğunu düşünürlər.
Təcavüz qurbanı Pelikot cinsi təcavüzə məruz qalan qadınların vəziyyətinə diqqət çəkmək üçün şəxsiyyətini gizli saxlamaq hüququndan imtina edərək işin ictimaiyyətə açılmasını istəyib.
Sentyabrın 2-də məhkəmə prosesi başlayandan bəri Pelikot məhkəmə zalında keçmiş həyat yoldaşının və ona təcavüz edən onlarla kişinin ifadələrini şəxsən dinləyib.
Medianews.az