07.10.2024, 08:15
115 baxış
Nailə
Üç azyaşlı qız istismara uğradı - VİDEO
Türkiyədə baş verən uşaq istismarı hadisəsi böyük hiddətə səbəb olub.
Medianews.az haberler.com-a istinadən xəbər verir ki, üç azyaşlı qıza qarşı zorakılıq edilib.
Hadisə 5 oktyabr saat 13:00(Bakı vaxtı ilə 14:00) radələrində Esenyurt bölgəsində baş verib.
Əldə edilən məlumata görə, yaşadıqları evin qarşısında 6 yaşlı bacısı ilə oynayan 12 yaşlı qız bir şəxs tərəfindən fiziki istismara məruz qalıb. Həmin şəxsin bu hadisədən sonra eyni məhəllədə daha 2 azyaşlı qıza təcavüz etdiyi öyrənilib.
İlk istismar hadisəsinin təhlükəsizlik kamerası görüntülərini araşdıran polislər , şübhəlinin kimliyini təyin edib.
Həmin şəxsin tutulması üçün araşdırmalara başlanılıb.