27.09.2024, 11:09
83 baxış
Lamiyə
Oturaq həyat tərzinin təhlükələri
Oturaq həyat tərzi piylənmə və arterial hipertansiyonun inkişafına səbəb ola bilər.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə terapevti Tatyana Maerenkova danışıb.
Onun sözlərinə görə, diabet və ürək-damar xəstəlikləri riski də artır. Gündə səkkiz saatdan çox oturanlar siqaret çəkənlər və obez insanlarla eyni risk altındadırlar.
Bununla belə, gündə cəmi 60-75 dəqiqə orta fiziki fəaliyyət riskləri azaltmağa kömək edir.