Medianews.az
“Atlılar” İngiltərə NƏHƏNGİNƏ QARŞI: <span style=color:red>"Qarabağ" sürpriz edə biləcəkmi?
212 baxış

“Atlılar” İngiltərə NƏHƏNGİNƏ QARŞI: "Qarabağ" sürpriz edə biləcəkmi?

UEFA Avropa Liqasında çıxış edən "Qarabağ" "Tottenhem"lə görüş üçün sentyabrın 24-də İngiltərəyə yollanıb. Təmsilçimiz liqa mərhələsinin ilk turunda "Tottenhem" klubunun qonağı olacaq. Sentyabrın 26-da "Tottenhem Hotspur" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Sabah baş tutacaq bu qarşılaşma barədə fikirlərini Medianews.az-a bölüşən idman şərhçisi Kənan Məstəliyev bildirib ki, "Qarabağ"- "Tottenhem Hotspur" matçı "atlılar" üçün çox çətin keçəcək. Onun sözlərinə görə, bunun bir sıra səbəbləri var: “Premyer Liqa klubları səfərdə güclü oynayırlarsa, matça sahiblik etdiyi zaman daha da güclü oynayırlar. Buna səbəb öz meydançalarında, azarkeşlərinin qarşısında oynamaları, həmçinin İngiltərə Premyer Liqasındakı rəqabət, sürət, fiziki və atletik hazırlıqlarının çox yüksək olmasıdır. Bizim klublarımızın o səviyyəyə çatmasına on illər lazımdır. Bəlkə də, bu, heç vaxt mümkün olmayacaq. Çünki onlar çox inkişaf edib”. İdman şərhçisi qeyd edib ki, “atlılar” hər cəhətdən rəqibindən zəifdir: “Tottenhem” İngiltərənin güclü klublarındandır. Çox güclü heyətə və daimi azarkeşlərə malikdir. "Qarabağ" bu komanda ilə bir dəfə səfər matçında oynayıb və 3:1 hesabı ilə məğlub olub. Bu dəfə də qələbə yaxın görünmür. "Tottenhem" qapı, müdafiə, yarımmüdafiə, hücum kimi aspektlərdən çox güclüdür. Biz qəbul etməliyik ki, hər tərəfdən "Qarabağ" rəqibindən zəifdir. "Tottenhem" "Qarabağ"dan daha güclü oyunçulara malikdir. Buna baxmayaraq, onların da boşluqları var və ümidsiz deyilik. Təbii ki, qələbəyə yaxın tərəf meydan sahibləridir, amma müəyyən oyun üslubda bir hala ümid etmək olar. Etiraf edək ki, bu vəziyyətdə o halı "Qarabağ" əldə etməyəcək, "Tottenhem" əldən verəcək”. K.Məstəliyev “Qarabağ”ın rəqib komandanın mümkün boşluqalarından məharətlə istifadə edə biləcəyini əminliklə vurğulayıb: “Tottenhem”in müdafiə xətti nisbətən zəifdir. Müdafiənin arxasına atılan toplarda, sürətli keçidlərdə boşluqlara yol verirlər. Bu baxımdan "Qarabağ"ın rəqibin təzyiqi altından qısa müddətdə çıxaraq, müdafiənin arxasına atılan toplarda Olavio Juninyo kimi futbolçunun sürətinə ümid bəsləyərək, nə isə etməyə çalışacaq. Əslində, "Qarabağ”ın oyun tərzi "Tottenhem" kimi komandalarla oynamağa imkan verir. Lakin burada səviyyə fərqi mühüm rol oynayır”. İdman şərhçisinin qənaətincə, "Qarabağ" oyunu əsasən müdafiədə keçirəcək və bu günə qədər oynadığı daimi pressinqi tətbiq etməyəcək: “Bu, risklidir. Çünki, risk edib bir qol vursa belə, oyunun ikinci yarısında, xüsusilə, 60-cı dəqiqələrdə bu, komandanın gücünün itirilməsinə səbəb ola bilər. Nəticədə "Tottenhem" çox sayda qollar vura bilər və hesab böyük ola bilər. Ona görə də, böyük ehtimalla "Qarabağ" topu özündə saxlayaraq, meydan boyu gəzdirərək, rəqibin müdafiəsindəki boşluqları müəyyən edib oraya uzun, sürətli ötürmələr etməyə və şansını dəyərləndirib ehtiyatlı oynamağa çalışacaq. Yenə də "Qarabağ" böyük ehtimalla səfər matçından məğlubiyyətlə dönəcək. Azarkeşləri buna üzülməməyə çağırıram. Reallıq bundan ibarətdir ki, "Tottenhem" yalnız bu matçın və turun deyil, ümumiyyətlə, iştirak etdiyimiz Avropa Liqasının ümumi favoritlərindən biri, ən güclüsüdür. Bəlkə də, hazırda "Tottenhem" sözügedən Liqanı qazanmağa bir nömrəli namizəddir. Bu səfərdən məğlubiyyətlə dönməyimiz faciə hesab olunmamalıdır. "Qarabağ" öz futbolunu oynamalı, döyüşməli, mübarizə aparmalıdır və asan məğlub olmayacağını göstərməlidir. Düşünərəm ki, göstərəcək də”. Lamiyə

Bizə qoşulun