Medianews.az
Qarpızın inanılmaz faydaları – <span style=color:red>  Açıqlama
119 baxış

Qarpızın inanılmaz faydaları – Açıqlama

Qarpız qaraciyər xəstəlikləri, müxtəlif intoksikasiyalar üçün faydalıdır, böyrək daşlarını çıxarmağa kömək edir və şüa terapiyasından sonra orqanizmə faydalı təsir göstərir. Medianews.az Lenta.ru-ya istinad edərək xəbər verir ki, bunu tibb elmləri doktoru, həkim Yelena Korsun deyib. Korsun qeyd edib ki, qarpızın 80 faizi sudan ibarət olduğu üçün bir çoxları səhvən onu yararsız məhsul hesab edir. “Qarpız qaraciyər xəstəlikləri, intoksikasiyalar, ləng həzm, qəbizlik, bağırsaqlarda çürük proseslər üçün göstərilir. Bundan əlavə, qarpızın bədəndən xolesterolu çıxarmağa və qan lipidlərini normallaşdırmağa kömək etdiyi üçün ateroskleroz və piylənmə üçün faydalıdır”, - deyə həkim bildirib. Həkim onları gut, artrit və dəri xəstəlikləri üçün də yeməyi tövsiyə edib. Həmçinin Korsuna görə qarpız qabığı böyük fayda verir. Həkim bildirib ki, qurudulmuş qabıqlardan alınan toz hepatit, xolestaz, öd daşı xəstəliyi, öd yollarının diskineziyası, kəskin və xroniki xolesistitlərin müalicəsində istifadə olunur. Eyni zamanda həkim xəbərdarlıq edib ki, qarpız xüsusilə çox miqdarda şəkərli diabet xəstələri və şişməyə meyilli insanlar üçün əks göstərişdir. Medianews.az

Bizə qoşulun