Medianews.az
Şirin kartofun inanılmaz <span style=color:red> FAYDASI
215 baxış

Şirin kartofun inanılmaz FAYDASI

“Şirin kartof immunitet sistemini gücləndirir və qan təzyiqini normallaşdırır” Medianews.az Lenta.az-a istinad edərək xəbər verir ki, bunu diyetoloq Sara Elsinq deyib. Onun sözlərinə görə, şirin kartof hər hansı bir pəhrizə asanlıqla uyğunlaşan və ümumi rifahınızı yaxşılaşdırmağa kömək edən çox yönlü bir qidadır. Elsinq şirin kartofun ilk üstünlüyünü onların yüksək lif və kalium tərkibli olduğunu adlandırıb. Diyetoloqun sözlərinə görə, kalium qan təzyiqini normallaşdırır və ürək xəstəliklərinin qarşısının alınması üçün vacib maddədir. Lif ürək-damar sistemi üçün yaxşıdır, çünki "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir. Bundan əlavə, qan şəkərinin səviyyəsini idarə etməyə kömək edir, həzmi və bağırsaq funksiyasını yaxşılaşdırır. Həmçinin, Elsinqin fikrincə, şirin kartofun müntəzəm istehlakı immunitet sistemini gücləndirir: bu xüsusiyyət A vitamininin yüksək olması ilə təmin edilir. Hazırda şirin kartofun yoluxucu xəstəliklərin müalicəsi üçün istifadəsinə dair tədqiqatlar aparılır. O bildirib ki, şirin kartof görmə üçün yaxşıdır. Onun sözlərinə görə, bu tərəvəzin tərkibində göz xəstəliklərinin qarşısının alınması üçün lazım olan beta-karotin gündəlik normadan iki dəfə çoxdur. Elsinq şirin kartofu heyvan və bitki yağları ilə birləşdirməyi tövsiyə edib, çünki onlar beta-karotenin daha yaxşı mənimsənilməsinə kömək edir. Medianews.az

Bizə qoşulun