22.05.2024, 10:21
75 baxış
Lamiyə
Bostanında bir çanta narkotik tapdı
ABŞ-nin Pensilvaniya ştatından olan bir kişi bostançılıq işi ilə məşğul olarkən mülkündə bir çanta narkotik tapıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, sakin bostanda şübhəli əşya aşkar etdikdən sonra polisə müraciət edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib içərisində naməlum maddə olan sıx dolu çanta aşkar ediblər. Onlar, çantanı laboratoriya analizi üçün aparıblar. Sonradan məlum olub ki, içərisində satış üçün nəzərdə tutulan xeyli miqdarda narkotik var.
Tapıntı ilə bağlı araşdırmalara başlanılıb. Hazırda narkotikin kişinin bostanına necə daxil olduğu və onu kimin torpağa basdırdığı məlum deyil.
Medianews.az