Medianews.az
"Fikrimiz dəyişməyib Rusiyanı vurmayacayıq" - ABŞ
86 baxış

"Fikrimiz dəyişməyib Rusiyanı vurmayacayıq" - ABŞ

ABŞ Rusiya ərazisində Amerika silahlarından istifadə olunmaması ilə bağlı mövqeyini dəyişməyib. Medianews.az xəbər verir ki, bunu Pentaqonun sözçüsü Patrik Rayder bildirib. O, bu barədə Ukraynanın Rusiya ərazisinə hücum ehtimalına Vaşinqtonun münasibətini şərh edərkən deyib. “Müdafiə naziri (Lloyd Ostin) siyasətimiz dəyişmədiyini bildirib. ABŞ Ukrayna ordusunu öz əraziləri daxilində müdafiə etmək üçün lazım olan vasitələrlə təmin edir, Rusiya ərazisinə hücum etmək üçün yox...”,- o qeyd edib. Bundan əvvəl Prezident Vladimir Zelenski  söyləmişdi ki, Qərb silahlarından Rusiya ərazisinə zərbələrin endirilməsi üçün istifadə olunmayacağından arxayın olan ruslar Ukraynanı rahat şəkildə vurmaqda davam edirlər. O bildirib ki, Kiyev dəfələrlə ABŞ Prezidenti Co Bayden və digər ölkələrin liderlərini verdikləri silahlardan müdafiə üçün istifadə etməyə icazə verməyə çağırıb. Ayşən

Bizə qoşulun