14.05.2024, 11:43
83 baxış
Lamiyə
Rusiyada yaş yarımlıq uşaq su kanalında boğularaq öldü
Rusiyanın Leninqrad vilayətində dəhşətli faciə baş verib. Yaş yarımlıq qız su kanalında boğularaq ölüb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 13-də günorta saatlarında baş verib.
Uşaq nəzarətsiz qalaraq bağ evinin kənarındakı su kanalına düşüb. Qız çölə çıxa bilməyib və boğulub. Həmin vaxt uşaq nənələrinə tapşırılmışdır.
Nənələr uşağı tapa bilmədikləri üçün polis bölməsinə müraciət ediblər. Körpənin cəsədini hadisə yerinə gələn polislər aşkar edib.
Nənələri ehtiyatsızlıqdan ölümə səbəb olduqları üçün iki ilə qədər həbs cəzası gözləyir.
Medianews.az