Mövzu barədə Medianews.az-a danışan qida məsələləri üzrə ekspert Ağa Salamov bildirdi ki, müəssisə sahibləri bir neçə məqamlara diqqət etməlidir:
“İctimai iaşə müəssisələri- otel, restoran, şadlıq evində mətbəxin düzgün quruluşu olmalıdır. Düzgün quruluşda soyucu sistemi nəzərə alınmalıdır. Neçə nəfərə yemək çıxacaqsa, zala görə mətbəx təyin olunmalıdır. Çox təəssüf ki, indi bəzi restoranlarda, otellərdə zala görə mətbəxlər çox kiçikdir. Bu da gətirib qida zəhərlənməsinə çıxara bilər. Çünki qidalar bir-birinin üstündə olur, onları yerləşdirmək üçün yer çatmır, soyuducularda sirkulasiya getmir və mikrobioloji çirklənmə əmələ gəlir”.
21.06.2022, 12:08
51 baxış
TURAN
Restoranlar insanları niyə zəhərləyir?-Qida ekspertindən açıqlama
Yayda həm uşaqlar, həm də böyüklər arasında rast gəlinən xəstəliklərdən biri də qida zəhərlənmələridir. Qida zəhərlənmələri mikroblar və ya onların toksinləri ilə yoluxmuş qida məhsullarının yeyilməsi nəticəsində meydana gəlir.
Yay aylarında daha çox zəhərlənmələr isə restoranlarda, şadlıq evlərində rast gəlinir. Bəs bu zəhərlənmələrin səbəbi nədir? Müəssisələrin sahibləri hansı qaydalara əməl etməlidir ki, belə hallara az rast gəlinsin?