Medianews.az
Rusiya ordusunun Çerniqov vilayətində qətlə yetirdiyi dinc sakinlərin sayı açıqlandı
303 baxış

Rusiya ordusunun Çerniqov vilayətində qətlə yetirdiyi dinc sakinlərin sayı açıqlandı

Rusiyanın Ukraynaya hücumları davam edərkən, Ukraynanın Çerniqov Rayon Prokurorluğu həyatını itirən mülki şəxslərlə bağlı açıqlama verib. Medianews.az xəbər verir ki, Çerniqov Rayon Prokurorluğu bəyan edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya ordusu Çerniqov vilayətində 478 dinc sakini öldürüb, 692 nəfəri isə yaralayıb. Açıqlamada həyatını itirən mülki vətəndaşlardan 334-nün kişi, 122-nin qadın, 22-nin uşaq olduğu bildirilib. Prokurorluq bəyan edib ki, dinc əhalinin əksəriyyəti Rusiya ordusunun artilleriya atəşi və hava zərbələri nəticəsində həlak olub. Leyla, Medianews.az

Bizə qoşulun